Dünya futbolu
“Olimpiakos”un futbolçusunun “Qarabağ”la oyunu buraxacağı dəqiqləşdi
Yunanıstan “Olimpiakos”unun daha bir futbolçusu “Qarabağ”a qarşı keçiriləcək Avropa Liqasının qrup mərhələsinin 3-cü tur oyununu buraxacaq.
Futbolinfo.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, bud əzələsindəki zədədən əziyyət çəkən Usseynu Ba ötən gün tibbi müayinədən keçib. Həkimlər ona ən azı 10 gün istirahət etməyi tapşırıb.
Bu səbəbdən, Pirey təmsilçisinin heyətində zədəli futbolçuların sayı 3-ə çatıb. Daha əvvəl digər müdafiəçi Panayotis Retsos və qapıçı Tomaş Vatslikin “köhlən atlar”a qarşı oynamayacağı məlum olub.
Oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçı saat 23:00-da başlayacaq.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi