Ölkə futbolu
Öncə “Zirə”, sonra “Qəbələ”
“Araz-Naxçıvan”ın qış hazırlıq dövründə keçirəcəyi yoldaşlıq oyunlarının başlama saatı müəyyənləşib.
Muxtar Respublika təmsilçisi yanvarın 10-da “Zirə” ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunun ehtiyat meydaında baş tutacaq görüşün start fiti saat 15:00-da səslənəcək.
Naxçıvanlılar 5 gün sonra Qəbələ şəhər stadionunda yerli komanda ilə üz-üzə gələcək. Bu matçı isə saat 14:00-da başlayacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” mövsümün ikinci yarısında ilk oyununu XIX tur çərçivəsində yanvarın 23-də “Qarabağ”a qarşı keçirəcək.