Ölkə futbolu
“Onların dəstəyi bizi daha böyük uğurlara aparacaq”
“Səbail”in heyətinə yeni qatdığı hücumçu Nikolas Raysel iki il sonra “ASCO Arena”da azarkeşlərin iştirakı ilə keçiriləcək ilk matç barədə fikirlərini açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Azərbaycan Premyer Liqasını artıq bilirəm. “Qəbələ”nin heyətində “Səbail”ə qarşı oyunlar keçirmişəm. Ötən mövsüm “Səbail” maraqlı oyun nümayiş etdirdi. Sadəcə, bir çox hallarda bəxti gətirmədi. Lakin indi çox şadam ki, bu mövsüm “Səbail”in uğurları üçün çalışacağam.
Biz artıq azarkeşləri stadionlarda görəcəyimiz üçün çox sevincliyik. “Səbail” hazırda güclü komanda formalaşdırıb və formalaşdırmaqda da davam edir. Azakeşlərin dəstəyi isə komandaya həmişə lazımdır. Sözsüz ki, onların dəstəyi bizi daha böyük uğurlara aparacaq”.
Qeyd edək ki, sentyabrın 12-də “ASCO Arena”da baş tutacaq “Səbail” – “Sumqayıt” qarşılaşmasına saat 18:00-da start veriləcək.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı