Ölkə futbolu
Orxan Əliyev: “Hər oyunda fərqlənmək istəyirəm”
“Meydana qələbə üçün çıxmışdıq. Bizim üçün çox vacib oyun idi və 3 xalı əldə etdik. Buna görə çox sevinirəm”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın hücumçusu Orxan Əliyev deyib.
O, Misli Premyer Liqasının 22-ci turunda “Neftçi”ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan danışıb. Futbolçu matçdakı qolundan da söz açıb: “Mənim üçün hər bir qol vacibdir. Əslində, hər oyunda fərqlənmək istəyirəm. Niyyətim komandaya kömək etməkdir. “Neftçi” ilə matçda bu alındı. Çalışacam qarşıdakı oyunlarda da özümü yaxşı tərəfdən göstərim”.
Əliyev uzun müddətdir uğursuz çıxış edən komandanın bu qələbədən sonra daha yaxşı olacağına inandığını bildirib: “Bu qələbə bizə çox lazım idi. Özümüzə gəlməkdə rol oynayacaq. Çalışacağıq ki, daha yaxşı çıxış edək. Balansı saxlamaq lazımdır”.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı