Ölkə futbolu
Ovusu “Sumqayıt”a qarşı oynamayacaq
Premyer Liqanın 15-ci turu çərçivəsində “Neftçi”yə qarşı oyunda zədələnən Kvabena Ovusu yaşıl meydanlardan bir müddət uzaq qalacaq. 67-ci dəqiqədə əvəzlənən qanalı hücumçu sağ ayağının arxa əzələsindən xəsarət alıb.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın 23 yaşlı legioneri məşqlərdən kənar qalıb. Klub həkimlərindən aldığımız məlumata görə, onun növbəti turda “Sumqayıt”a qarşı oynamayacağı dəqiqdi. Müalicənin gedişindən asılı olaraq, Ovusunun qayıdışı bir az da ləngiyə bilər.