Ölkə futbolu
Ovusu yayı gözləməyəcək
Kvabena Ovusu “Qarabağ”dan getmək üçün klub rəhbərliyinin razılığını alıb. 25 yaşlı qanalı mövsümü Azərbaycanda bitirməyəcək.
Futbolinfo.az xəbər verir ki, yayda müqaviləsi bitəcək hücumçu “Ferentsvaroş”la çoxdan anlaşıb. Amma o, Macarıstana daha tez getmək üçün israr edir. Baş məşqçi Stanislav Çerçesovun israrla istədiyi futbolçu Ağdam klubu rəhbərliyinə çoxsaylı müraciətindən sonra razılıq alıb.
“Qarabağ” “Ferentsvaroş”dan Ovusu üçün yarım milyon dollar tələb edir, macarlar isə qismən az məbləğə razıdır. Demək olar, prinsipial razılıq əldə edilib. Ağdamlılar transferləri yekunlaşdırana, yeni futbolçuların formaya düşməsinə qədər Kvabenanın komandaya kömək etməsini istəyib.
Macarıstanda transfer pəncərəsi gələn ay bağlandığı üçün Ovusunun daha bir müddət “Qarabağ”da qalmasında problem yoxdur. Amma o, mütləq yayı gözləmədən satılacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…