Dünya futbolu
Ozan Canın komandası səfərdə uduzdu
Futbol üzrə Niderland 2-ci liqasında 26-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.
Sözügedən kollektiv səfərdə “Maastrixt”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Ozan da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.
Müqavilə ilə “Sabah”a məxsus olan Ozan, “Telstar”da icarə əsasında çıxış edir.
“Telstar” 2-ci liqada 26 turdan sonra 34 xalla 9-cu sıradadır.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq