Dünya futbolu
“Pandemiya bu şəkildə davam etsə…” – UEFA rəsmisi
UEFA-nın İcraiyyə Komitəsinin üzvü Lars-Krister Olsson koronavirus pandemiyasının futbola təsiri ilə bağlı danışıb.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, əvvəllər komitənin rəhbəri kimi çalışmış Olsson, pandemiyanın təsiri ilə bağlı bunları deyib:
“Pandemiyanın beynəlxalq oyunlara iki-üç il təsir göstərəcəyini düşünürəm. Turnirlər bir ildən digərinə təxirə salınır, bu da təqvimdə problemlərə səbəb olur. Pandemiya bu şəkildə davam etsə, növbəti illərin futbol təqviminə də təsir göstərəcək. UEFA-nın liqalarla bağlı nə qərar verəcəyini demək çətindir. İndi gözləməli və vəziyyətin işə necə təsir edəcəyini görmək lazımdır”.
Qurum rəsmisi, Çempionlar Liqası və Avropa Liqası oyunlarını avqustda keçirmək ehtimalını da dəyərləndirib:
“Bu ehtimal mümkün olsa, əla olar. Çünki bu zaman turnirlərdə mövsümün sonunu qoruya biləcəyik. Bunlarla bağlı qərarları ən azından mayın sonuna qədər qəbul etməliyik, çünki digər halda, yeni mövsüm üçün klubları müəyyənləşdirmək mümkün olmayacaq”.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq