Ölkə futbolu
Pedro qayıda bilərmiş
“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrikenin yenidən Azərbaycanda oynamaq variantı olub.
Futbolinfo.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu adı açıqlanmayan Premyer Liqa klubunun maraq dairəsinə düşüb.
Azərbaycanla yanaşı, başqa bir neçə ölkənin klubunun da onu diqqət mərkəzində saxladığı bildirilir. Lakin heç biri braziliyalıya konkret təkliflə çıxış etməyib. Ölkəsində “İnternasional”da çıxış edən Enrike özü də Avropaya qayıtmağa isti yanaşmayıb. O, Braziliya A seriyasının digər iddialı klubu “Korintians”la anlaşıb. Klublar arasında razılığa əsasən, “İnternasional” transferdən 1 milyon avro qazanacaq.
Qeyd edək ki, Pedro Enrike 2017-18 mövsümündə “Qarabağ”ın formasını geyinib.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı