Dünya futbolu
“Pepe və Palinya Azərbaycanla oyunadək bərpa olunacaq”
Futbol üzrə Portuqaliya yığmasının baş məşqçisi Fernando Santos DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçiriləcək oyundan öncə zədəli futbolçularının durumundan danışıb.
Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis bunları söyləyib:
“Juan Palinya və Pepe Qətərlə yoxlama matçında iştirak etməyəcək. İrlandiya oyunda xəsarət alan bu iki oyunçunun zədəsi elə də ciddi deyil. Həkimlər heyəti onların 2-3 günə tam hazır olacağını söyləyib. Hər ikisi Azərbaycanla matçadək bərpa olunacaq”.
Qeyd edək ki, bu gün keçiriləcək Qətər – Portuqaliya qarşılaşması Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan – Portuqaliya oyununa isə saat 20:00-da start veriləcək.