Dünya futbolu
Platini DÇ-2022-nin finalından imtina etdi
UEFA-nın keçmiş rəhbəri Mişel Platini Fransa prezidenti Emmanuel Makronun DÇ-2022-nin finalında iştirak etmək dəvətini qəbul etməyib.
Futbolinfo.az Fransa mətbuatına istinadən xəbər verir ki, bir müddət öncə İsveçrənin Bellintsona məhkəməsi dələduzluq işi üzrə FİFA-nın keçmiş rəhbəri Yozef Blatter və Mişel Platiniyə bəraət verib.
Blatter 2015-ci ildə UEFA-nın o zamankı rəhbəri Platiniyə qanunsuz olaraq 2 milyon İsveçrə frankı köçürməkdə ittiham edilirdi. Platini 2007-ci ilin yanvarından 2015-ci ilə kimi UEFA-nın prezidenti olub. Əvvəlcə o, 90 gün vəzifəsindən kənarlaşdırılsa da, daha sonra 8 il müddətinə diskvalifikasiya edilib. Bu müddət daha sonra 4 ilə endirilib.
Xatırladaq ki, DÇ-2022-nin sabah baş tutacaq final oyununda Fransa millisi Argentina yığması ilə qarşılaşacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…