Ölkə futbolu
Pley-offa yüksələn 8 komanda müəyyənləşdi
Minifutbol üzrə Azərbaycan çempionatında 15-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, ikinci gündə daha 4 oyun keçirilib.
Son çempion “Birbaşa Bakı” növbəti qələbəsini qazanıb. Lider “Zirə”nin ən yaxın izləyicisi olan komanda “Veteran”ı böyük hesabla məğlub edib.
Bir gün əvvəl keçirilən oyunlarda “Odlar Yurdu” “Dinamo Gəncə”yə (8:4), “Zirə” “Atəşgah Suraxanı”ya (6:1), “Real Bakı” “Baku Fire”yə (6:2) qalib gəlib, “Sumqayıt”la “Dirçəliş” (2:2) bərabərə qalıblar.
“Turan” – “Aznur” 0:8
“Galaxy Baku” – “Abşeron” 4:0
“Veteran” – “Birbaşa Bakı” 1:8
“İnter” – “Siyəzən” 6:4
Bununla çempionatda ilk mərhələ başa çatıb və pley-offa yüksələn komandalar müəyyənləşib. Turnir cədvəlində ilk 8 yeri tutan səkkiz kollektiv mübarizəni pley-offda davam etdirəcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…