Bizi izləyin

Dünya futbolu

Pleymeykeri… pressinq olan “Gent: rəqibin müdafiəsi etibarlı deyil

blank
blank

Ötən mövsüm tarixində ilk dəfə avrokuboklarda qrup mərhələsi səddini adlayaraq pley-offa vəsiqə qazanan “Qarabağ”ın Konfrans Liqasında püşk üzünə gülməmişdi. “Marsel”i mübarizədən kənarlaşdırmaq “köhlən atlar” üçün çətin olacaqdı. Gördüyümüz kimi, mümkün də olmadı. Qurban Qurbanovun yetirmələri Fransa tarixində Çempionlar Liqasını qazanan yeganə kluba hər iki oyunda uduzdu.

Bu dəfə isə “Qarabağ” Avropa Liqasından gəldiyindən, daha aşağı səviyyədə olan “Gent”lə qarşılaşmaq məcburiyyətində qalıb. Amma təəssüf ki, Kadi Borges və Ovusu Kvabenanın gedişi son çempionumuzu bir qədər laxlatdı. Üstəlik, Şahrudin Məhəmmədəliyev də sıradan çıxdı. Ağdam klubu gözümüzün qabağında “böyüdüyündən” pirinə də, kəramətinə də bələdik. Amma “Gent”i yaxşı tanımırıq. Təbii ki, oyunda görəcəyik, amma oyundan əvvəl də rəqibi təhlil etmək pis olmazdı.

Ötən ilin noyabr-dekabr aylarında Qətərdə təşkil olunan Dünya Çempionatından sonra “Gent” Belçika liqasında 2 qələbə qazandı, 3 heç-heçə etdi və 3 dəfə məğlub oldu. Üstəlik, “göy-ağlar” ölkə kubokunun 1/8 finalında “Serk Brügge”ni əlavə vaxtda üstələdi (2:0), ancaq 1/4 finalında “Yunion Sent-Jilluaz”a böyük hesabla uduzdu (0:4).

Bu il yanvarın 15-də “Kortreyk” ilə oyundan əvvəl “Gent”in problemləri açıq-aşkar sezilirdi. Belə ki, “buğalar” ardıcıl 3 matçda qol vura bilmirdi. Ümumilikdə komandanın susqunluğu 279 dəqiqə çəkdi. Buna baxmayaraq, “göy-ağlar”ın artıq kubokda darmadağın olduğu görüşdən sonra oyun planında tədricən özünə gəlməsi görünürdü. Belə ki, tablodakı hesab meydanda yaşananları qətiyyən əks etdirmirdi. Düzdür, “Yunion Sent-Jilluaz” “Gent”dən üstün idi, amma 1 və ya 2 topluq qələbəsi daha ədalətli nəticə sayılmalıydı. Həmçinin, “buğalar”ın özlərinin də dəyərləndirmədiyi qol epizodları oldu.

İndi isə “Qarabağ”ın rəqibinin bu mövsüm üzləşdiyi problemlərə keçək. “Göy-ağlar” hər şeydən əvvəl zədəlilərin çoxluğundan şikayətlənə bilərlər. “Gent”in oyun qurmaq planında əsas futbolçularından biri olan hücumameyilli yarımmüdafiəçi Endryu Hülsager son vaxtlar əzələ zədəsindən əziyyət çəkdi. Ancaq danimarkalı artıq sağalıb və Bakıdakı matça hazırdır.

Komandanın mərkəz yarımmüdafiəçisi və kapitanı Vadis Odica-Ofoe dizindən əməliyyat keçirdi və uzun müddətlik sıradan çıxdı. “Buğalar”a “Zaltsburq”dan icarə əsasında yenicə qoşulan mərkəz müdafiəçisi Kamil Pyontkovski 4 gün əvvəl Belçika çempionatının son turu çərçivəsində zədə aldı. Polşalı Bakıdakı oyunu buraxacaq, amma cavab matçında meydana çıxması gözlənilir. Bu, komandası üçün çox ciddi itkidir, çünki futbolçu böyük ümidlərlə gətirildi. Pyontkovskidən fərqli olaraq, serbiyalı hücumçu Darko Lemayiçin “Qarabağ”a qarşı hər iki görüşü buraxacağı artıq dəqiqdir.

Maraqlıdır ki, “Gent”in birdən-birə 3 futbolçusu məhz “Kortreyk”la matçda sıradan çıxdı. Odjidja-Ofoe və sol cinah müdafiəçisi Nurio Fortuna ilk hissədə, sağ cinah yarımmüdafiəçisi Mattis Samuaz isə fasilədən dərhal sonra məcburi əvəzləndi. “Gent” həmin matçda 3 oyunluq qələbəsiz seriyasına son qoysa da, bu amil komandanın kefinə “soğan doğradı”.

Yeri gəlmişkən, Fortuna artıq zədəsini sağaldıb və Bakıda meydanda ola bilər. Ötən mövsüm vurduğu 19 qolla Belçika çempionatının ən yaxşı 3-cü bombardiri olan Tarik Tissudalinin 2022-ci ilin iyulunda diz çarpaz bağları qopub. Hücumçu bu 7 ay ərzində bərpa oluna bilmədi.

Bütün bunlar baş məşqçi Heyn Vanhazebruku qayğılandırmaya bilməz və təbii ki, seçim imkanını xeyli məhdudlaşdırdı. Buna baxmayaraq, 58 yaşlı mütəxəssis əlində olan heyətdən maksimumu sıxmağa çalışır.

“Gent”in zəifləməsinə gətirən başqa səbəb isə iki futbolçunun qış fasiləsində komandadan ayrılması oldu. Dayaq yarımmüdafiəçisi Elişa Ovusu azad agent kimi “Oser”ə qoşuldu, sol vinger İbrahim Salah isə 3 milyon avro müqabilində “Renn”ə keçdi. Sonuncu bu mövsümün ilk yarısında Belçika çempionatında 3 qol və 1 məhsuldar ötürməylə ydda qala bilmişdi.

Vanhazebruk 5-4-1 taktiki sxeminə üstünlük verir. Müdafiənin mərkəzində Cordan Torunariqa – Maykl Nqadye-Nqadjyui – Jozef Okumu triousu çıxış edir. Onlar arasında yalnız birincini etibarlı arxa xətt oyunçusu saya bilərik. “Herta”nın yetirməsi olan Torunariqa ötən ilin yayında Almaniya klubundan 3,5 milyon avroya alındı. O, lazım gələrsə, sol cinahda da oynamağı bacarır.

Meydanın mərkəzinə vitse-kapitan Sven Kumsun yanında Jülyen de Sart nəzarət edir. Sonuncu hazırda zədəli olan kapitan Odica-Ofoenin yerini tutur. Əslində, ötən yay LASK-dan 1,5 milyon avroya transfer olunan koreyalı Hön-Seok Hon da mərkəz yarımmüdafiəçisidir, amma son matçlarda Kuyperslə birgə hücumun cinahlarda oynayır.

Sivri ucda isə Gift Emmanuel Orbandır. Norveçin “Stabek” klubundan yenicə transfer olunan 20 yaşlı hücumçu “Gent”də ilk rəsmi oyundaca “Vesterlo”lun qapısına 2 dəfə yol tapdı. Orban Norveçdə də məhsuldarlıqla yadda qalırdı: ötən mövsüm 22 matçda 16 qol vurub 6 məhsuldar ötürmə etmişdi.

“Buğalar”ın hücum xətti haqda xoş sözlər demək lazımdır. Komanda “şeytanın qıçını qırdığı” “Kortreyk”lə görüşdən bu yana 12 qol vurub. Başqa sözlə, hər oyunda orta hesabla 2 dəfə fərqlənirlər. Ümumiyyətlə, “Gent”də hücuma meyllilik özünü göstərir. Hətta Salahın ayrılmasından sonra da variantlar çoxdur. Adını çəkmədiyimiz futbolçulardan 17 yaşlı istedadlı Malik Fofananı, eləcə də vaxtilə “Portu” və “Haddersfild”də çıxış edən, hazırda isə artıq veteranlardan sayılan 34 yaşlı Loran Depuatrı qeyd etmək olar. O, “Vesterlo” ilə oyunu zədə səbəbindən buraxsa da, Bakıdakı matçda oynaya biləcək. Təcrübəli forvard hazırkı Belçika çempionatının ən tanınmış simalarından biridir və meydanda olsa, “Qarabağ”ın müdafiəsinə böyük problemlər yarada bilər.

“Gent” oyuna üçlü mərkəz müdafiəçisiylə çıxacağı halda, fərqləndirməli olduğumuz oyunçulardan biri Alessio Kastro-Montesdir. Cinah müdafiəçisinin həmyerlisi Kuyperslə əla anlaşması diqqət çəkir. Hön-Seok Hon isə universallığı ilə ad çıxarıb. O, həm sağ cinahda, həm meydanın mərkəzində çıxış etməyi, həm də pressinqdə çox vacib rol oynamağı bacarır. Honu dünyaca məşhur olan həmyerlisi Ci Sun Parkla müqayisə etmək mümkündür: az qala 90 dəqiqə dayanmır və rəqib üzərində təzyiq yaradır.

“Göy-ağlar”ın hücumunu təriflədiksə, müdafiəsi haqda qətiyyən bunu deyə bilmərik. Təsadüfi deyil ki, elə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da yaxınlarda verdiyi müsahibədə “Gent” elə bir komandadır ki, böyük hesabla qalib də gələ, uduza da bilər” deyib. Bu sözlər Belçika klubunun ideal təsviridir. Komandanın müdafiəçiləri tez-tez ciddi səhvlər edirlər və top itkisinə yol verirlər. Bu baxımdan Maykl Nqadye-Nqadjyuini qeyd etmək lazımdır. 2019-cu ildə Praqa “Slaviya”sından 4,5 milyon avroya alınan mərkəz müdafiəçisi ümidləri doğrultmur. Kamerunlu əsasən də mövqe mübarizəsində tez-tez uduzur.

Komandanın ilk ötürmə planında da problemləri var. “Gent” daha çox çoxsaylı ötürmələr sayəsində müdafiədən çıxmaqla deyil, pressinqə və rəqibin top itkisinə güvənərək hücumlar qurur. Belə desək, “buğalar”ın pleymeykeri pressinqdir. Kapitan Odica-Ofoenin yoxluğunda bütün problemlər daha qabarıq şəkildə özünü göstərir.

Sağ cinahda oynayan Pyontkovski zədə aldığına görə “Gent” dördlü müdafiəyə də keçə bilər. Bu məsələ 50-50-yə olaraq qalır. Çünki Belçika klubunun Kastro-Monteslə Pyontkovskidən başqa cinahı bağlayacaq müdafiəyəmeyilli futbolçusu yoxdur. Yox, Hön-Seok Hon da solda çıxış edə bilər, amma bu artıq bir neçə dəfə baş verib və heç də yaxşı nəticələnməyib. Koreyalı həmin mövqedə olsa, “Qarabağ”ın az qala bütün hücumları sağ cinahdan qurulacaq.

“Milan” və “Ayntraxt”dan tanıdığımız Yens Petter Hauqe də çətin ki, problemi həll edə bilsin. Norveçli həm oyun praktikasından əziyyət çəkir, həm də müdafiəyə kömək etmir. Bu məsələ “Gent”in baş məşqçisini düşündürür, ancaq eyni zamanda rəqib üçün sürprizə də çevrilir. Hön-Seok Honun solda oynayacağı təqdirdə, Heyn Vanhazebruk irəlidəki pressinqi gücləndirmək üçün iki hücumçunu da meydana buraxa bilər. Orbanın ilk “11-lik”də olacağına şübhə yoxdur, onun yanında isə ya Kuypers, ya da Depuatr qərarlaşacaq. “Qarabağ”ın həm də orta xətdəki De Sartın təcrübəsizliyindən maksimum yararlanmağa çalışacağına şübhə yoxdur.

Bu da “Gent”. Bəs “Qarabağ” oyuna hansı heyətlə çıxa bilər? Avropa Liqasındakı dövrə qayıtsaydıq, Qurbanovun kimlərə şans verəcəyini prozqnozlaşdıra bilərdik. İndi isə çətindir. Ən böyük problem Adama Diakabi, Redon Cica və Yassin Benzianın oynayıb-oynamayacağını müəyyənləşdirə bilməməyimizdir. Çünki heç biri formada deyil. Diakabi ilə Benzia uzun müddətdir ki, futbol oynamayıb, Cica isə hələ komandaya uyğunlaşır.

Hə, bir də Qurbanovun qapıda kimə şans verəcəyi maraq doğurur. Elə hamımızı narahat edən məsələ də budur. Zənnimizcə, Qurbanov Luka Quqeşaşviliyə şans verəcək. Əslində, çempionatda Amini oynatmaqla ona şans yaratmaq istəyirdi. Amma Ramazanov ümidləri doğrultmadı. Xüsusən də “Sabah”la oyunda ona çiyinlə vurulan qol həlledici olub. Heç biri etibarlı qapıçı deyilsə, heç olmasa, ən təcrübəlini oynatmaq daha məqsədəuyğun olardı. Əldə etdiyimiz məlumata görə, baş məşqçi də buna görə seçimi məhz Quqeşaşvili üzərində edəcək. Bizə isə “Qarabağ”a uğurlar qazanmağı arzulamaq qalır.

ABBAS

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-12 11:55

Millimiz Olimpiya Təsnifat turnirində ilk oyununa çıxır

blank
Dünya futbolu2024-04-12 11:38

“Liverpul” 14 ay sonra doğma meydanda uduzdu

blank
Müsahibə2024-04-12 11:19

Həsənzadənin 3 namizədi var: “Bu məsələ şəxsi oyunlarda həllini tapacaq”

blank
Digər2024-04-12 11:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-12 10:46

Cüdoçularımız Olimpiya təlim-məşq toplanışında iştirak ediblər

blank
Digər idman növləri2024-04-12 10:32

Azərbaycanın gənc gimnastları üçün Slovakiya sınağı

blank
Digər idman növləri2024-04-12 10:18

Həmiltonun əvəzi tapılıb?

blank
Digər idman növləri2024-04-12 10:01

Azərbaycanın 3 bədii gimnastı beynəlxalq turnirdə iştirak edəcək

blank
Dünya futbolu2024-04-12 09:46

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər idman növləri2024-04-12 09:29

Nicat Abasov yenə qələbə qazana bilmədi

blank
Premyer-liqa2024-04-12 09:10

“Sumqayıt” “Zirə”yə qarşı

blank
Digər idman növləri2024-04-12 08:52

Alonso müqaviləni 2026-cı ilə qədər artırdı

blank
Dünya futbolu2024-04-12 08:34

Anası razılığa gəlmədi, Fransa millisinin üzvü “Yuventus”dan gedir

blank
Digər idman növləri2024-04-12 08:17

Monte-Karloda ¼ finalçılar məlum oldu

blank
Ölkə futbolu2024-04-12 08:00

Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı

blank
Premyer-liqa2024-04-12 01:39

“Sumqayıt” – “Zirə” matçının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-12 01:33

Azərbaycan çempionatına start verilib

blank
Digər idman növləri2024-04-12 01:32

Azərbaycan badmintonçusu AÇ-nin 1/4 finalında

blank
Digər idman növləri2024-04-12 01:29

“Xırdalan” qalib gəldi, dördüncü pilləyə yüksəldi

blank
Dünya futbolu2024-04-12 01:20

“Fənərbaxça” yunanlara ilk oyunda məğlub oldu

blank
Ölkə futbolu2024-04-12 01:10

Avroliqa: “Liverpul”la “Milan” evdə uduzdu

blank
Digər idman növləri2024-04-12 00:29

“Anadolu Efes” növbəti mərhələdə

blank
Dünya futbolu2024-04-11 23:58

“Fənərbağça”ya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-11 23:41

İki boksçumuz Avropa birinciliyinin yarımfinalında

blank
Digər idman növləri2024-04-11 19:01

Nadal Barselonada ilk məşqinə çıxdı

blank
Digər idman növləri2024-04-11 18:42

Avstraliya ilkin heyəti açıqladı

blank
Digər idman növləri2024-04-11 18:20

MBA-da pley-offun ilk cütlüyü məlum oldu

blank
Digər idman növləri2024-04-11 18:02

Kobi Brayantın forması 1,75 milyon dollara satıldı

blank
I Liqa2024-04-11 17:45

“Şamaxı” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-11 17:31

Bəxtiyar baş məşqçisiz qaldı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm