Ölkə futbolu
Polşa klubu Musa Qurbanlını transfer etmək istəyir
Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Musa Qurbanlı karyerasını Polşada davam etdirə bilər.
Futbolinfo.az Polşa mətbuatına istinadən xəbər verir ki, bu ölkənin “Poqon” klubu 20 yaşlı oyunçunun xidmətində maraqlıdır.
Yeni hücumçu axtarışında olan Ekstraklassa təmsilçisi Qurbanlını heyətinə cəlb etmək istəyir. Yeganə problem kimi gənc forvardın “Qarabağ”la müqaviləsinin 2024-cü ilin yayına qədər qüvvədə olması göstərilib. Lakin vurğulanıb ki, “Poqon” onun transferi müqabilində Azərbaycan çempionuna təzminat ödəməyə razıdır.
Xatırladaq ki, Musa Qurbanlı bu mövsüm Azərbaycan Premyer Liqasında keçirdiyi 13 oyunda 11 qola imza atıb.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə