Dünya futbolu
Portuqaliyanın 3-cü əla startı
Qətər-2022-də 2-ci tur yekunlaşdı. Fransa və Braziliyanın ardınca Portuqaliyanın da 1/8 finala vəsiqə qazandığı dəqiqləşdi.
Futbolinfo.az xəbər verir ki, Portuqaliya bu uğura Uruqvayı 2:0 hesabıyla məğlub etdikdən sonra nail oldu. Bruno Fernandeşin dublu ilə sevinən Avropa təmsilçisi, mundiallar tarixində 3-cü dəfə ilk iki matçını qələbə ilə bitirdi. 1966 və 2006-cı illərdə də yarışa uğurlu start verilmişdi.
Portuqaliyanın daha bir uğuru DÇ oyunları çərçivəsində ardıcıl 8-ci matçda qol vurmasıdı. Bunu təmin edən Bruno son 5 matçda 5 qol, 3 məhsuldar ötürməylə uğurda önəmli rol oynayıb.
- Premyer-liqa2024-05-25 08:32
Mövsümün son turuna start verilir
- Müsahibə2024-05-24 08:00
Şahin Diniyev: “Qarşımıza avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulmamışdı”
- Ölkə futbolu2024-05-24 09:07
“Neftçi” düz bir ildir ki, “Sabah”a qalib gələ bilmir
- Ölkə futbolu2024-05-24 08:32
Andradenin təklifləri çoxalır: “Qarabağ” “yox” deməyəcək