Dünya futbolu
Premyer Liqa klubunda iki yeni müqavilə, üç ayrılıq
İngiltərənin “Nyukasl” klubu müdafiəçi Xavyer Mankilyo və hücumçu Endi Kerrolla bağlı qərar verib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi hər iki oyunçuya ilə yeni müqavilə təklif edib.
31 yaşlı Kerroll daha bir il “Nyukasl”ın uğurları üçün çalışacaq. Mankilyo isə 4 illik müqaviləyə imza atıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, 26 yaşlı Mankilyo “Nyukasl”a 2017-ci ildə Madrid “Atletiko”sundan transfer olunub. İspan müdafiəçidən fərqli, 31 yaşlı ingilis hücumçu Kerroll, bu mövsümün əvvəlindən “Nyukasl”ın uğurları üçün çalışır.
“Nyukasl” 3 futbolçusu ilə də yolların ayrılacağını açıqlayıb. Söhbət qapıçı Rob Elliot, yarımmüdafiəçi Cek Kolbek və Ceymi Sterridən gedir. Onların hər üçü ilə müqavilələrin müddəti mövsümün sonunda başa çatacaq. Bu üzdən də adları çəkilənlər azad agent kimi komandadan ayrılacaqlar.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…