Premyer-liqa
Premyer Liqada ilk turun cəzaları açıqlandı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 1-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda “Araz-Naxçıvan”ın 29 nömrəli futbolçusu Vanderson Melonun futbol formasında qeyri-əlifba hərfindən istifadə edildiyinə görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilib.
“Səbail” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə “Sumqayıt” klubu 1500 manat cərimə edilib.
“Kəpəz” – “Neftçi” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Kəpəz” klubu 800 manat cərimə edilib.
“Kəpəz” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Kəpəz” klubu 800 manat cərimə edilib.
“Sabah” – “Qəbələ” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə “Sabah” klubu 1000 manat cərimə edilib.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd