Dünya futbolu
Premyer Liqada koronavirusa 100-dən çox yoluxma qeydə alındı
Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivləri növbəti dəfə koronavirus testindən keçib.
Futbolinfo.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Xəbərdə, 20-26 dekabrda 15186 nəfərdən götürülmüş koronavirus testlərindən 103-ünün nəticəsinin müsbət olduğu bildirilib.
Koronavirusa yoluxan şəxslərin adları açıqlanmayıb. Onların hamısı 10 günlük karantinə alınıb.