Dünya futbolu
Premyer Liqada yanvarın ən yaxşıları müəyyənləşdi
İngiltərə Premyer Liqası yanvar ayının ən yaxşı futbolçusunu elan edib. “Liverpul” komandasının forvardı Dieqo Jota ayın ən yaxşısı seçilib.
27 yaşlı futbolçu ay ərzində 3 oyunda meydana çıxıb. Bu oyunlarda onun göstəriciləri 3 qol və 2 məhsuldar ötürmə təşkil edib. “Liverpul” isə 3 oyunun hamısında qələbə qazanıb.
Bu mövsüm Jotanın aktivində 27 oyun var. Forvard bu oyunlarda 14 qol vurub.
Premyer Liqada yanvarın ən yaxşı baş məşqçisi də “Liverpul”u çalışdıran Yurgen Klopp seçilib.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib