Dünya futbolu
Premyer Liqanın daha bir klubu məvacibləri azaltdı
İngiltərənin “Aston Villa” klubu koronavirus pandemiyasına görə yaranmış iqtisadi çətinliklərlə əlaqədar futbolçularının məvacibini azaldıb.
Futbolinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin futbolçu və məşqçi heyətinin maaşında 25 faizlik endirim edilib.
Qarşıdakı dörd ay ərzində məvaciblər məhz bu formada ödəniləcək. Klub bununla həm maddi itkilərini azaltmaq, həm də digər işçilərini saxlamaq məqsədi güdür.
Qeyd edək ki, “Aston Villa” yarımçıq dayandırılmış Premyer Liqada 28 oyuna topladığı 25 xalla 19-cu pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var