Dünya futbolu
PSJ 3 xalı 3 cavabsız qolla qazandı
Fransa çempionatında 5-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.
Son çempion PSJ səfərdə “Tuluza”nı 3 cavabsız qolla məğlub edib. Lion “Olimpik”i “Oser”i, Marsel “Olimpik”i isə “Klermon”u çətinliklə məğlub edib. “Monako” da bu dəfə “Trua” ilə ev oyununda xalsız qalıb.
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Nant” isə səfərdə “Strasburq”la heç-heçə edib.
Bu nəticələrdən sonra PSJ, “Lans” və Marsel “Olimpik”i 13 xalla zirvəyə şərikdirlər. Lion “Olimpik”i 10 xalla 4-cüdür. 5-ci pillədə olan “Monpelye”nin isə 9 xalı var.
Fransa, Liqa 1
5-ci tur
31 avqust
Anje – Reyms 2:4
Qol: Bufal, 59. Hunu, 67 – Munetsi, 23. İto, 45+1. Baloqun, 70. Flips, 90.
Olimpik (Lion) – Oser 2:1
Qol: Tete, 29. Ekambi, 72 – Otre, 80.
Monako – Trua 2:4
Qol: Maripan, 10. Fofana, 63 – Tardye, 22-pen. Odober, 45+2. Balde, 48. Salmye, 78.
Monpelye – Ayaçço 2:0
Qol: Nordin, 28. Vahi, 77.
Strasburq – Nant 1:1
Qol: Diallo, 28 – M.Məhəmməd, 85.
Lans – Loryan 5:2
Qol: Sotoka, 24; 77. Said, 28. Abdul Samed, 57. Opende, 86 – Moffi, 41; 50.
Lill – Nitsa 1:2
Qol: Bamba, 20 – Delor, 22. Pepe, 29.
Olimpik (Marsel) – Klermon 1:0
Qol: Geye, 49.
Renn – Brest 3:1
Qol: Rodon, 53. Terrye, 89. Dou, 90+1 – Honorat, 57.
Tuluza – PSJ 0:3
Qol: Neymar, 37. Mbappe, 50. Bernat, 90.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq