Dünya futbolu
PSJ Qvardiolanın istefasını gözləyir
Xosep Qvardiola “Mançester Siti”ni hamıdan əvvəl tərk etmək niyyətindədir. İspan mütəxəssis kluba sanksiyalar tətbiq olunacağı halda “şəhərlilər”dən ayrılmaq niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, o, artıq özünə yeni iş yeri də tapıb. İngiltərə futbolunda baş verən prosesləri yaxından izləyən PSJ Qvardiola istefa verən kimi onu komandanın başına gətirmək niyyətindədir.
Qvardiolanın “şəhərlilər” ilə müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir. Lakin Premyer Liqa rəhbərliyinin ittihamları doğrulsa, “Mançester Siti”nin aşağı liqalara qovulması gözlənilir ki, belədə Pep klubda qalmayacağını bəyan edib.