Digər idman növləri
Putinə verilmiş ordeni geri aldılar
Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) 2014-cü ildə Rusiya prezidenti Vladimir Putinə verilmiş ordeni geri alıb.
Futbolinfo.az xəbər verir, bu barədə FINA-nın rəsmi saytı məlumat yayıb. Bundan başqa, Rusiya və Belarus üzgüçüləri beynəlxalq yarışlarda ölkələrini təmsil edə bilməyəcəklər. İdmançılar turnirlərdə yalnız neytral statusda çıxış edə biləcəklər.
Bildirilib ki, üzgüçülər FINA himni və bayrağı ilə yarışacaqlar.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı