Ölkə futbolu
“Qəbələ” daha bir məşqçi gətirdi – RƏSMİ
“Qəbələ”nin əsas komandasında daha bir təyinat gerçəkləşib.
Futbolinfo.az xəbər verir ki, Çağlar Volqa “qırmızı-qaralar”ın məşqçisi təyin olunub.
Türkiyəli çalışdırıcı Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. 46 yaşlı mütəxəssisin son klubu “Samsunspor” olub. O, Türkiyə təmsilçisində fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərib.
Volqa karyerası ərzində “Marmaris Bələdiyyəsi”, “Göztepe”, “Altınordu”, “Altay”, “Erzincanspor”, “Konyaspor” klublarında köməkçi məşqçi kimi çalışıb. Mütəxəssis “Osmanlıspor”da əvvəl videoanalitik, sonradan köməkçi məşqçi, “Erzurumspor” və “Samsunspor”da fiziki hazırlıq üzrə çalışdırıcı kimi işləyib.
Xatrladaq ki, Volqanın “Qəbələ”yə məşqçi təyinatı barədə “Futbolinfo” hələ ötən gün xəbər yazmışdı.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd