Ölkə futbolu
“Qəbələ” günü iki məşqlə başa vurdu
“Qəbələ” 2022/23 mövsümünün ikinci yarısının hazırlığını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının dördüncü gününü başa vurub.
Elmar Baxşıyevin yetirmələri günü iki məşqlə yekunlaşdırıblar. Günün ilk məşqi fitnes zalında baş tutub. Futbolçular müxtəlif fiziki təmrinləri icra ediblər.
Günün ikinci yarısında baş tutan məşq prosesi meydançada keçirilib. Komanda üzvləri əsasən toplu çalışmaları yerinə yetiriblər.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı