Ölkə futbolu
“Qəbələ” hazırlığa başladı
“Qəbələ” 2020/21 mövsümünün ikinci hissəsi üçün hazırlığa start verib.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının 13-cü turunun dekabrın 24-də “Səbail”ə qarşı keçirilən oyunundan (3:1) sonra istirahətə buraxılan “qırmızı-qaralar” dünən bir araya gəlib.
Komanda hazırlığa Qəbələdə başlayıb. Elmar Baxşıyevin yetirmələri toplanışın ilk günündə bir məşqlə kifayətlənib. Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi yüngül məşqdən ibarət olub. “Qırmızı-qaralar” bu gün iki məşq edəcək.
Yanvarın 13-dək Qəbələdə məşq edəcək əyalət təmsilçisi hazırlığını Bakıda tamamlayacaq. “Qırmızı-qaralar” yanvarın 14-də “Sumqayıt”la yoxlama oyununda qüvvəsini sınayacaq.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi