Ölkə futbolu
“Qəbələ” “Neftçi” ilə yoxlama oyunu keçirəcək
“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlığına start verir.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının 6-cı turunun “Qarabağ”la səfər matçından (0:2) sonra üç günlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gün bir araya gələcək.
Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda fasilə dövründə yoxlama oyunu keçirəcək. “Qəbələ” “Neftçi” ilə qarşılaşacaq. Görüş oktyabrın 9-da keçiriləcək. Yoxlama oyunu Bakıxanov qəsəbəsindəki “Neftçi” Futbol Mərkəzində keçiriləcək.