Ölkə futbolu
“Qəbələ” “Sumqayıt”a, “Neftçi” “Səbail”ə qarşı
Misli Premyer Liqasında XXIII turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.
Əvvəlcə “Qəbələ” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək. Günün digər matçı isə “Neftçi” ilə “Səbail” arasında keçiriləcək.
Xatırladaq ki, ilk oyun günündə baş tutan “Kəpəz” – “Şamaxı” matçında meydan sahibləri qalib gəliblər – 3:2. Tura sabah keçiriləcək “Zirə” – “Qarabağ” və “Sabah” – “Turan Tovuz” oyunları ilə yekun vurulacaq.
Misli Premyer Liqası
XXIII tur
18 fevral
“Qəbələ” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev.
Qəbələ şəhər stadionu, 15:00.
“Neftçi” – “Səbail”
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rauf Allahverdiyev.
“Bakcell Arena”, 17:30.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…