Bizi izləyin

Ölkə futbolu

“Qəbələ” tez arxayınlaşdı, tez ayıldı

blank
blank

Doğrudur, cüzi üstünlükdür, amma səfər oyunlarında vurulan qol sayının nəzərə alınmadığını nəzərə alsaq, “Qəbələ” qələbə sayəsində bir addım önə keçdi. Elmar Baxşıyevin yetirmələri zatən favorit idi, amma rəqibə qeyri-ciddi münasibət üzündən öz işlərini çətinləşdirdilər.

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Qəbələ” “Səbail”i məğlub etməyi bacardı. 0:2 hesabıyla geri düşən bölgə təmsilçisinin geridönüş etməsi alqışlanmalıdır. Amma o da var ki, meydan sahibləri səfərə uduzmaq üçün çıxmış komanda ilə görüşdə bunu çətinliklə bacardı.

“Səbail” 8 əsas oyunçusuna istirahət verməklə kuboka bir o qədər önəm vermədiyini, əsas məqsədin Premyer Liqada yerini təmin etmək olduğunu nümayiş etdirdi. Baş məşqçi Şahin Dinyevi qınamaq olmur, heyət məhdud, qrafik sıxdır. Bu üzdən Diviziona yuvarlanmaq təhlükəsinin hər keçən gün artdığı bir zamanda ölkə kuboku barədə düşünmək bəlkə də yersiz olardı.

Lakin rəqibin oyuna münasibəti ilk növbədə “Qəbələ”ni aldatdı. Erkən arxayınlaşan bölgə klubu bunun cəzasını çəkdi. 21-ci dəqiqədə qonaqlar artıq 2:0 hesabı ilə öndə idi. İlkin Muradovun zərbəsi özünün də gözləmədiyi qədər dəqiq alındı, ardınca Emil Martınov rəqib müdafiəçilərin hədiyyəsini dəyərləndirdi.

“Qəbələ” tez ayıldı. Fasiləyədək fərqin azalması komandada qələbəyə inamı artırdı, fasilədən sonra geridönüşü reallaşdırmaq alındı. Rafael Utziq “Səbail”in müdafiəsini eninə-uzununa yaranda isə artıq oyunçuların ustalıq səviyyəsi arasındakı fərq üzə çıxdı. Cavab matçı ərəfəsində hər nə qədər şanslar bərabər sayılsa da, “qırmızı qaralar” finala çıxmaq üçün ələ düşən şansı boşa verməyəcək. Növbəti matçadək “dənizçilər”in çempionatdakı durumuna bir qədər də aydınlıq gələcək və Diniyev yəqin ki, yenə kuboku qurban verməyi lazım biləcək.

Dünənki matç “Səbail”in psixoloji təzyiqdən qurtulması üçün şans idi. Qələbə hesabını qorumaq mümkün olsaydı, komanda özünə gələr, üstəlik, finala vəsiqəyə daha çox ümid edərdi. İndi isə ilk oyundan dərsini almış “Qəbələ” cavab matçında daha diqqətli olacaq.

FƏRİD

Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-22 08:51

Şeydayevdən narazılıq var: “Zərbələri bu liqada oynayan bir futbolçuya yaraşmır”

blank
Ölkə futbolu2024-04-22 08:34

Musa “Yurqorden” dəftərini bağladı

blank
Ölkə futbolu2024-04-22 08:17

“Qarabağ”ın növbəti potensial rəqibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-22 08:00

İddialıların “autsayder ovu”

blank
Dünya futbolu2024-04-22 01:53

PSJ və “Monako”dan növbəti qələbə

blank
Dünya futbolu2024-04-22 01:35

“Real”dan “Barselona” üzərində əzmkar qələbə

blank
Dünya futbolu2024-04-22 01:21

“Fiorentina” və “Atalanta” səfər qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 00:08

“Bayer” “Borussiya”ya da uduzmadı

blank
Dünya futbolu2024-04-21 23:53

“Liverpul”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-21 23:37

Finalda Mançester derbisi olacaq

blank
Dünya futbolu2024-04-21 23:24

Rahil Məmmədovun komandası “Lex”ə uduzdu

blank
Dünya futbolu2024-04-21 23:16

Renatlı “Hatayspor” uduzdu, “Qalatasaray” qalib gəldi

blank
Premyer-liqa2024-04-21 22:41

“Oyun planında komandaya etirazım yoxdur” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-04-21 22:24

“Oyunçular tapşırıqları maksimum yerinə yetirdilər” – Şahin Diniyev

blank
Premyer-liqa2024-04-21 21:59

“Araz-Naxçıvan” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Əvəzedicilər2024-04-21 21:25

“Qarabağ-2” məğlubiyyətə üzüldü

blank
Premyer-liqa2024-04-21 20:55

“Səbail” “Araz-Naxçıvan”a qalib gəldi

blank
Premyer-liqa2024-04-21 20:21

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-04-21 20:00

Büdrəyən olmadı, bir oyun baş tutmadı

blank
Premyer-liqa2024-04-21 19:38

“İkinci hissədən məmnun deyiləm” – Renduliç

blank
Premyer-liqa2024-04-21 19:19

“Gələn oyunlara köklənməliyik” – Adil Şükürov

blank
Digər idman növləri2024-04-21 18:58

Azərbaycanın gimnastika millisi Praqada gümüş medal qazandı

blank
Premyer-liqa2024-04-21 18:26

“Kəpəz” “Sabah”a məğlub oldu

blank
Digər idman növləri2024-04-21 17:54

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

blank
Digər idman növləri2024-04-21 17:10

Azərbaycan yığması Bakıdakı Dünya Kubokunda bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-21 16:52

Ferstappenin mövsümdə 4-cü qələbəsi

blank
Digər idman növləri2024-04-21 16:35

Azərbaycan gimnastları finala vəsiqə qazandılar

blank
Digər idman növləri2024-04-21 16:13

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm