Ölkə futbolu
“Qəbələ”nin rəqibində ayrılıq
“Qəbələ”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Omoniya”da ilk ayrılıq reallaşıb.
Futbolinfo.az-ın Kipr klubunun rəsmi saytına istinadən məlumatına görə, idman direktoru Yesper Yansson yola salınıb.
Nikosiya təmsilçisi 52 yaşlı isveçli mütəxəssisin vəzifəsindən ayrıldığını açıqlayıb. Onun ölkəsində “Hammarbü” klubunda fəaliyyət göstərməsi gözlənilir.
Qeyd edək ki, “Qəbələ” “Omoniya” ilə ilk oyununu iyulun 27-də evdə, cavab matçını isə avqustun 3-də səfərdə keçirəcək.