Dünya futbolu
“Qəbələ”nin rəqibində yeni müqavilə
“Qəbələ”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Macarıstanın “Fehervar” klubu müdafiəçisi Stopira ilə müqavilənin müddətini uzadıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Kabo-Verde millisinin müdafiəçisi ilə 1 illik yeni sözləşmə imzalanıb.
34 yaşlı oyunçu 2012-ci ildən bu komandada çıxış edir. O, bu komandanın heyətində keçirdiyi 325 oyunda 27 qol vurub.
“Qəbələ”nin “Fehervar”la qarşı ilk oyunu iyulun 21-də səfərdə, cavab matçı isə bir həftə sonra evdə baş tutacaq.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…