Digər idman növləri
Qəhrəmanın şərəfinə…
Goranboy rayonunda Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənovun şərəfinə Yunan-Roma güləşi üzrə rayonlarası turnir keçirilib. Yarışda 11 şəhər və rayondan 150-ə yaxın idmançı müxtəlif çəki dərəcələri üzrə mübarizə apardılar.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Birincilikdə 2 yaş kateqoriyasında 2009-2011 və 2012-2014-cü il təvəllüdlü güləşçilər arasında ən güclülər müəyyənləşdirilib. 150 pəhləvan 20 çəki dərəcəsində mükafatlar uğurunda mübarizə aparıb. Sonda I-III yeri tutmuş idmançılar diplom, medal və kuboklarla mükafatlandırılıb.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi