Digər idman növləri
Qadınlar da kişilər qədər qazanmaq istəyir
Qadın tennisçilərin assosasiyası (WTA) təqvimdə baş tutacaq dəyişiklilərin anonsunu verib. Əsas məqsəd 2033-cü ilə qədər ATP ilə mükafat fondunun eyni səviyyədə olmasıdır.
WTA-1000 səviyyəli turnirlərin sayı artırılaraq 10-a çatacaq. Doha və Dubaydakı ənənəvi yarışlara daha biri əlavə ediləcək. Onun harada keçiriləcəyi haqda hələlik məlumat verilmir. Bundan başqa, bəzi turnirlər iki həftə davam edəcək: Roma, Madrid , Pekin, Mayami və İndian-Uelsə Toronto və Tsinsinati də əlavə ediləcək.
WTA-500 turnirlərinin də sayı 12-dən 17-yə qalxacaq. Monterrey, Strasburq və Seul turnirlərinin statusu qaldırılacaq.
250 dərəcəli turnirlərdə isə daha çox regionallığa üstünlük veriləcək. Bu turnirlərin də mükafat fondu qaldırılacaq. Əsas məqsəd bu cür yarışlar hesabına gənc istedadları yetişdirmək olacaq.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”