Digər idman növləri
Qadınların yekun turniri Səudiyyə Ərəbistanında keçiriləcək
Qadın tennisçilərin yekun turniri bu il Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçiriləcək.
Məlumata görə, WTA (Qadın Tennis Assosiasiyası) yaxın günlərdə Səudiyyə Ərəbistanı ilə müqavilə imzalayacaq və buna əsasən turnir 2026-cı ilə qədər Ər-Riyadda təşkil ediləcək. Bu sözləşmənin uzadılma mümkünlüyü də razılaşdırılan məqamlardan biridir.
Xatırladaq ki, fevralın 28-də Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) ilə Peşəkar Tennis Assosiasiyası (ATP) tərəfdaşlıq haqqında müqavilə imzalamışdı. Razılaşmaya əsasən, PIF təşkilatın reytinq cədvəllərinin, gənclərin yekun çempionatının və 2024-cü ildə Turində (İtaliya) keçiriləcək ATP final turnirinin titul sponsoru olub.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı