Ölkə futbolu
“Qalatasaray”dan Azərbaycana təşəkkür – FOTO
Türkiyənin “Qalatasaray” klubunun prezidenti Dursun Özbək Bakıda “Qarabağ”a qarşı keçirdikləri xeyriyyə oyununa görə Azərbaycana təşəkkür edib.
Futbolinfo.az xəbər verir ki, onun təşəkkür məktubu klubun sosial şəbəkə hesabında yayımlanıb.
Açıqlamada bunlar qeyd olunub: “Qardaş ölkə Azərbaycanın seçilən komandası “Qarabağ”la keçirdiyimiz və əldə edilən qazancı zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza bağışlanan dostluq oyunu, klubumuzu və icmamızı sevindirdi. Klubumuzu böyük nəzakətlə qarşılayan “Qarabağ”ın prezidenti cənab Tahir Gözələ və İdarə Heyətinə təşəkkürlərimizi bildiririk. Bundan əlavə, Bakıdakı coşğulu qarşılamaya və göstərdikləri böyük marağa görə Azərbaycan xalqını bir daha salamlayıram”.
Xatırladaq ki, qarşılaşma “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matçdan əldə olunmuş bütün gəlir Türkiyədəki dəhşətli zəlzələdən zərər çəkmişlərə yardım üçün göndəriləcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı