Ölkə futbolu
“Qalatasaray”la oyuna qələbə üçün çıxacağıq” – Füzuli Məmmədov
Avropa Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb və “Neftçi” Türkiyənin “Qalatasaray” klubuna rəqib olub.
Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Füzuli Məmmədov klubun rəsmi saytına açıqlamasında püşkü dəyərləndirib:
“Püşkatmadan əvvəl də demişdim, potensial rəqiblərimizdən hansı ilə düşəcəyimizin fərqi yox idi. Çünki üçü də güclü komandalardır. Amma əsas istəyimiz evdə oynamaq idi ki, bu da oldu. “Qalatasaray”la qarşılaşacağıq. Türkiyənin ən böyük komandalarından biridir. Rəqibə hörmətlə yanaşırıq, lakin bizim də hədəfimiz var. Meydana qələbə qazanmaq üçün çıxacağıq”.
“Neftçi” – “Qalatasaray” matçı sentyabrın 17-də Bakıda, “Baksel Arena”da keçiriləcək.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq