Bizi izləyin

Premyer-liqa

“Qalib gəlsək də, səhvlərimiz çox oldu” – Qurban Qurbanov

blank
blank

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 8-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun oldu. Düşünürəm ki, azarkeşlər oyundan razı qaldılar. Mənim üçün nəticə ilə yanaşı, 90 dəqiqə oyunun içində olmaq vacib idi. Bunu gördüm. İlk hissədə anlaşılmazlıqlar oldu. Buna normal baxıram. Bir müddət idi, komanda bir yerdə məşq etmirdi. Getdikcə yaxşı oyunun şahidi olduq. Qollar, epizodlar oldu. İlk dəqiqələrdən açıq futbol getdi. Oyunu çox bəyəndim. Çox yaxşı futbolçuları olan “Neftçi”yə qarşı oynayırdıq. Rəqibin hər bir oyunçusunun ustalıq səviyyəsi yüksəkdir. Stadionda atmosfer çox yaxşı idi. Belə azarkeş qarşısında oynamaq xoş oldu. “Neftçi”yə uğur arzulayıram. 3:1 qalib gəlsək də, çox səhvlərimiz oldu. Bunları aradan qaldırmalıyıq. Qarşıdakı matçlarda daha diqqətli olacağımıza inanıram”.

Təcrübəli mütəxəssis ilk hissədə çoxlu qol epizodunun boşa verilməsini belə şərh edib: “Bəzən belə imkanlardan yararlanmamışıq və məğlub olmuşuq. Futbolda belə şeylər olur. Hər epizod qol olsa, maraq azalar. Rəqibi, oyunun stresini nəzərə almaq lazımdır. Futbolda bəzən 100 faizlik epizod qol olmur, amma bəzən də heç nədən qol vurursan. Bunların üzərində işləyirik. İmkan varsa, istifadə etməyə çalışmalıyıq. Futbolçuların ustalığını artırmağa çalışırıq”.

Qurbanov uzun müddətdən sonra adı iştirak ərizəsinə daxil edilmiş Kevin Medina və Maksim Medvedevin Avropa Liqasında Yunanıstan “Olimpiakos”u ilə oyunlarda meydana çıxmaq ehtimalı barədə də danışıb: “Hər şey yaxşılığa doğru gedir. Start heyətdə olmaya bilərlər, amma ehtiyac yaranarsa, onlardan istifadə edə bilərik. Tam bərpa olunublar. Fiziki baxımdan bir qədər çatışmazlıq var. Onu da oynayaraq bərpa etməlidirlər”.

“Qarabağ”ın çalışdırıcısı yenilənmiş “Neftçi” barədə də fikirlərini bölüşüb: “Öz oyun üslubu var. Hər bir detalı açıqlamaq düzgün çıxmaz. Bəzi elementlərə qarşı hazırlaşmışdıq. Pis də alınmadı. Ümumən, texniki futbol göstərməyi bacarırlar. Maraqlı futbolçuları var. Komplektləşmiş komandadır. Özlərini meydanda çox rahat hiss edirlər. İstənilən oyunda 5-6 qol vurmaq qabiliyyətindədirlər. Diqqətsiz yanaşsaq, nəyisə nəzərdən qaçırsaq, bunu bacararlar. İlk hissədə imkanları daha çox oldu. Bu komandaya qarşı oynamaq mənim üçün çox xoş oldu. Biz çox istəyirik ki, minimum tempi qoruyub-saxlayaq. Qarşıdakı oyunlara da biganə yanaşa bilmərik. İlin sonuna kimi sıx qrafikimiz var. Vacib dönəmdir. İndi əldə etdiyimiz hər xal bizim üçün çox vacibdir. Komanda mövsümboyu eyni səviyyədə qala bilməz. Düşünmədiyimiz anda xal itirə bilərik. Bütün rəqiblərimiz çox ciddidir”.

Qurbanov qarşıdakı “Olimpiakos”la oyundan gözləntilərini də açıqlayıb: “Azarkeşlərimiz həmişə bizə inanırlar. Onlar üçün fərqi yoxdur, hər rəqiblə oyunda qələbə gözləyirlər. Bəzən real baxmaq lazımdır. Onların qələbə istəyi bizi daha məsuliyyətli edir. Futbolçular bunu dərk edir. İstənilən rəqibə qarşı yaxşı oynayıb, nəticə qazanmaq istəyirik. “Olimpiakos”la oyuna hazırlaşmaq mənim üçün daha çətin olacaq, nəinki onlar üçün. Baş məşqçiləri dəyişib. Hansı gedişləri edəcəyini bilmirik. Sabahkı oyunlarına baxandan sonra futbolçularımıza bildirəcəyik. Şansımız varsa, istifadə etməyəç çalışacağıq. Marko Yankoviçin vəziyyəti məni narahat edir. Millidə bir qədər zədə almışdı. Bu gün ağrılar hiss edirdi. Əsas məsələ tam sağlam olmağımızdır”.

Reklam

Reklam


blank
Milli komanda2024-04-16 14:03

Millimizin Monteneqrodakı toplanışı üçün 20 oyunçu

blank
Milli komanda2024-04-16 13:52

Millimiz bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

blank
Ölkə futbolu2024-04-16 13:41

“Zirə”də oynamış futbolçu 35 yaşında vəfat etdi

blank
Dünya futbolu2024-04-16 13:30

Dadaşov üçün mövsüm erkən bitdi

blank
Ölkə futbolu2024-04-16 13:19

AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir

blank
Digər idman növləri2024-04-16 13:01

Makron Olimpiada üçün seçim edir

blank
Digər idman növləri2024-04-16 12:44

Sinner Madriddə oynayacağını təsdiq etdi

blank
Ölkə futbolu2024-04-16 12:27

Rəhbərsiz “Neftci”: qeyri-müəyyənlik davam edir

blank
Digər idman növləri2024-04-16 12:09

Nadal 680 gündən sonra yenidən kortda

blank
Digər idman növləri2024-04-16 11:55

Kanadalı hokkeyçi 21-ci əsrdə ilkə imza atdı

blank
Dünya futbolu2024-04-16 11:40

Zidan Riberi ilə birlikdə qayıdır

blank
Digər idman növləri2024-04-16 11:25

MBA-da rekord nəticə

blank
Digər idman növləri2024-04-16 11:10

ABŞ millisinin heyəti elan edildi

blank
Dünya futbolu2024-04-16 10:55

Ronaldo cəzalanacaq

blank
Digər idman növləri2024-04-16 10:38

İddiaçılar Turniri: Abasov yenə uduzdu

blank
Dünya futbolu2024-04-16 10:19

Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşir

blank
Digər2024-04-16 10:00

MİSLİ ilə qazan!

blank
I Liqa2024-04-16 09:45

“Mingəçevir” növbəti oyuna hazırlaşır – VİDEO

blank
Digər idman növləri2024-04-16 09:27

“Göyçay kuboku”nu sumqayıtlılar qazandı

blank
Ölkə futbolu2024-04-16 09:10

Lunyov “Qarabağ”dan ayrıla bilər

blank
Digər idman növləri2024-04-16 08:51

Atası Mariyanın yığmamızda çıxış etməsini istəyirmiş

blank
Ölkə futbolu2024-04-16 08:34

“Zirə” – Avropada 8-ci komanda

blank
Dünya futbolu2024-04-16 08:17

Hüseynovlu “Arda” “Ludoqorets”lə bacarmadı

blank
Müsahibə2024-04-16 08:00

Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”

blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm