Digər idman növləri
Qalmaqallı şahmat turnirində gözlənilən baş verdi
İran əsilli qrossmeyster Əlirza Firuzja (reytinq – 2758,9) Fransanın Şartr şəhərində keçirilən şahmat turnirində ukraynalı Sergey Fedorçuka qalib gələrək reytinqdə amerikalı Vesli Sonu (reytinq – 2757,4) ötüb.
Xatırladaq ki, Şartr turniri ətrafında böyük qalmaqal yaranmışdı. Fransanı təmsil edən Firuzja FİDE reytinqində Vesli Sodan daha yüksəkdə qərarlaşarsa, gələn il baş tutacaq İddiaçılar turnirində iştirak edə biləcək. Bir neçə gün əvvəl FİDE bəyanat yayaraq turnirin təşkilini diqqətdə saxladığını və onun ləğv edilə biləcəyi ilə bağlı bəndin mövcudluğunu xatırladıb. Reytinq reqlamentinin 0.4-cü bəndinə əsasən, federasiya istənilən turnirin hesablanması hüququnu özündə saxlayır.
Bu məsələ ilə bağlı fikir bildirən rusiyalı qrossmeyster Yan Nepomnyaşı də Şartrdakı yarışla bağlı vəziyyəti şərh edib. Rus qrossmeyster, Dinq Lirenin son İddiaçılar turnirində lazım olan reytinq ballarını toplamaq üçün, Çində süni şəkildə təşkil edilən yarışları yada salıb. Xatırladaq ki, dünya şahmat tacı uğrunda son matçda Nepomnyaşi məhz Lirenə məğlub olub.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…