Dünya futbolu
Qaltye məyusdur: “Daha çox çalışmalıyıq”
PSJ-nin baş məşçisi Kristofer Qaltye məyusdur. O, “Marsel”ə uduzaraq Fransa Kubokundan kənar qaldıqları matçın ardından keçirdiyi mətbuat konfransında məyusluğunu dilə gətirib.
Futbolinfo.az xəbər verir ki, fransız mütəxəssis bu titulu qazanmaq istəyirmiş: “Bizim üçün böyük pərişanlıqdır. Çünki Fransa Kuboku bumövsümkü hədəflərimizdən biri idi. Bu gün çox güclü, qələbəyə layiq olan bir komandaya uduzduq. Oyunçularımız çox məyusdur. Sakit olub səhvlərimizi analiz etməli və daha çox çalışmalıyıq”.
PSJ-nin hücumçusu Lionel Messi daha çox məyus olmalıdır. Fransa Kuboku argentinalının oynayıb qazana bilmədiyi yeganə yarışdır.