Bizi izləyin

Ölkə futbolu

Qara, “Qarabağ”, “ağ-qara”…

blank
blank

Bu transfer Luiş Fiqunun “Barselona”nı “Real”a dəyişməsi qədər olaylı hadisə deyil. “Neftçi” – “Qarabağ” oyunlarında azarkeşlər Qara Qarayevə nə donuz kəlləsi atacaq, nə qarasınca danışacaq, nə də onu xain sayacaq. Əvvəla, rəqabətin səviyyəsi, düşmənçiliyin miqyası müqayisəyəgəlməz dərəcədə azdır. Eyni zamanda Qara davranışı, hərəkəti, duruşu ilə bütün futbolsevərlər arasında hörmət qazanmış biridir.

Əzəli rəqiblər arasında belə keçidlər çox az olsa da, var və onlardan növbətisinə Qarayev imza atdı. Təbii ki, onu qınayanlar da var, addımına haqq qazandıranlar da, olaya sıradan bir transfer hadisəsi kimi yanaşanlar da. QaraQarabağ”ın yetirməsidir, karyerasını bu kluba həsr edib və yalnız 31 yaşında “ağ-qaralar”ın düşərgəsinə yollanmaq qərarı verməsi bir qədər qəribə görünür.

Öncə Filip Ozobiç, indi Qara Qarayev… Hələ Toral Bayramovun da “Neftçi”yə yollanması variantı var. Sanki bakılılar ağdamlıların uğur formulunu “oğurlamaq” istəyir – bunu onların oyunçularını bir-bir qaralayıb düşərgəsinə gətirməklə edir.

İstər-istəməz yada 15 il əvvəl düşür. O zaman “Neftçi”ni tərk edən bir qrup məşqçi və futbolçu “Qarabağ”a keçmiş və bugünün yenilməz komandasının təməlini qoymuşdu. Fərq ondadır ki, o zaman hamının qanını qaraldan baş məşqçi Hans-Yurgen Gedenin dağıtdığı “Neftçi”nin qaymaqlarını “Qarabağ” dəstə şəklində düşərgəsinə yığmışdısa, indi “Qarabağ”ın ciddi ehtiyac duymadığı futbolçular əks-marşrutla hərəkət edir.

Ağa ağ, qaraya qara demək lazımdır. Ozobiçlə Qarayev ağdamlılara lazım olsaydı, indi “Neftçi” forması geyməzdilər, Toral kimi komandayla Polşaya yollanardılar.

Qaranı qınamaq çətindir… Heyətə düşməkdə çətinlik çəkdiyi komandanı ikiqat artıq maaş təklif edən “ağ-qaralar”a dəyişdi. Ramil Şeydayev də “Buriram Yunayted”ə daha yaxşı qazanmaq üçün yollanıb, Emin Mahmudov da “Neftçi” ilə bu amilə görə “siçan-pişik” oynayırdı.

Qarabağ”ı qınamaq çətindir… Heyətdə daha çox fayda verən futbolçuları saxlayır. Vaxtilə Qaraya görə başqalarından imtina olunmuşdu, indi də Julio Romao, Marko Yankoviç, Patrik Andrade, Riçard Almeyda ilə müqayisədə o faydasız sayılır.

“Neftçi”ni qınamaq çətindir… Komandanın yerli oyunçu potensialı zəifdir, illərlə komandanın yetirmələri didərgin salınıb, gələcəyə yönəlik heyət qurulmayıb. Və indi boşluq səviyyəsini sübut etmiş azsaylı futbolçularla doldurulur. Həmin oyunçunu əzəli rəqibdən götürə bilirsənsə, onu zəiflətmək baxımından daha yaxşıdır.

Sual: Bəs kimi qınamalı?

Cavab: Niyə kimisə qınamaq məcburiyyətimiz olsun ki?

Bütün tərəflər özləri üçün ən sərfəli variantı seçiblər. Qara bəlkə də klubun siması, simvolu sayıla biləcək oyunçudur, amma “Neftçi”nin rəmzi sayıla biləcək Zaur Tağızadə, atası kimi özünün də illərini “Neftçi”yə verdiyi Elçin Rəhmanov, klubun bombardirlərindən olan Qurban Qurbanov indi “Qarabağ”dadırsa, doğma klub anlayışı əhəmiyyətini itirir. Müasir futbolun tələbləri başqadır.

blank

Qaraguruhun izinə düşüb sürünməyə dəyməz, futbolçunu, klubu qaralamaq, cızmaqara etmək yox, bütün tərəflərin seçiminə hörmət etmək lazımdır. Bu, sıradan bir transfer hadisəsi idi, dünən “Qarabağ” üçün rəqiblərin qanını qaraldan Qara indi “ağ-qaralar”ın heyətində oynayacaq, meydanda funksiyasına uyğun olan “qara iş”i görəcək. Bunu “Qarabağ”dakı qədər yaxşı bacaracağının qarantiyası yoxdur, amma çalışacaq.

Bu keçiddə “Qarabağ”ı qınamalı yeganə məqam Qarayevlə layiq olduğu şəkildə vidalaşmamaları idi. 18 ilini kluba vermiş biri daha yaxşı yola salınmalı, bunu sıradan paylaşımla etməməliydilər. Lakin bu, sırf Qaraya görə deyildi. “Qarabağ” media-marketinq sahəsində “Neftçi”yə böyük hesabla uduzur, klubun hətta mətbuat xidməti başsızdır, bu işləri təşkil etməli olan kadrlara önəm verilmir, vacib sahəyə barmaqarası yanaşılır.

Qarayev hər nə qədər duyğusal status yazaraq vida etsə də, onun incik ayrıldığı dəqiqdir. Bəlkə də bugünkü imkanlarını dəyərləndirmir, “Qarabağ”ın ona əsas heyətdə daim yer verməli olduğunu, oynamasa belə, yüksək maaş alması gərəkdiyini düşünür. Özü bilər, bəlkə də haqlıdır. Lakin onun klub rəhbərliyi ilə, məşqçilərlə, futbolçularla deyil, klub işçiləri ilə fotosessiyasını paylaşaraq vidalaşması bir mesajdır. Çünki onun rəhbərliklə də belə şəkillər çəkdirdiyini daha sonra gördük.

Səbəbi qara qutuda qalmayacaq, gec-tez açılacaq. “Qarabağ”ın bir illik müqaviləsi qalan futbolçunu təzminatsız buraxması ona olan son vəfa borcu idi.

O dəqiqdir ki, daha “Qarabağ”ın çempionluq tədbirlərində Qara Qarayevin ifasında “Can Qarabağ”ı eşitməyəcəyik. Əvəzində azarkeşlər tribunalarda “Qara məni basınca…” zarafatını edəcək…

CAVAD

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-13 11:19

Abasov yenidən rusiyalı şahmatçı ilə üz-üzə

blank
Digər idman növləri2024-04-13 10:57

Millimiz Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək

blank
Ölkə futbolu2024-04-13 10:12

“Neftçi” yenə onlarsız oynayacaq

blank
Ölkə futbolu2024-04-13 09:48

“Qəbələ”də 3 itki

blank
Ölkə futbolu2024-04-13 08:35

Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”

blank
Ölkə futbolu2024-04-13 08:17

“Hər oyun həlledicidir və səhv edə bilmərik”

blank
Dünya futbolu2024-04-13 08:00

“Qəbələ” “Turan Tovuz”a, “Neftçi” “Araz-Naxçıvan”a qarşı

blank
Dünya futbolu2024-04-13 01:31

“Betis” “Selta” üzərində qələbəyə sevindi

blank
Dünya futbolu2024-04-13 01:20

“Lans” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-13 00:47

“Latsio”dan darmadağın

blank
Dünya futbolu2024-04-13 00:38

“Auqsburq”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-13 00:29

“Sivasspor” “Trabzonspor”a səfərdə qalib gəldi

blank
Digər idman növləri2024-04-12 23:31

“Sabah” çempionatın vahid lideri oldu, “Sumqayıt” pley-off şansını itirdi

blank
Premyer-liqa2024-04-12 22:48

“Sarı vərəqələr məni də dilə gətirəcək” – Samir Abasov

blank
Premyer-liqa2024-04-12 22:21

“Sumqayıt”la “Zirə”nin oyunundan qol səsi çıxmadı – VİDEO

blank
Premyer-liqa2024-04-12 22:13

“Neftçi”ni də çalışdıra bilərəm, “Qarabağ”ı da…” – Rəşad Sadıqov

blank
Digər idman növləri2024-04-12 21:27

2 boksçumuz Avropa birinciliyində finalında

blank
Premyer-liqa2024-04-12 20:56

“Sumqayıt”la “Zirə”dən heç-heçə

blank
Digər idman növləri2024-04-12 20:08

Güləş Federasiyası italiyalı güləşçi Frank Çamizonun iddaları ilə bağlı bəyanat yaydı

blank
Ölkə futbolu2024-04-12 19:41

“Qurban Qurbanov futbolçularına ata kimidir”

blank
Digər idman növləri2024-04-12 19:20

Avroliqanın qalibinə ödəniləcək mükafat elan edildi

blank
Digər2024-04-12 19:00

Gəncə şəhəri 2025-ci ildə MDB-nin idman paytaxtı elan edildi

blank
Dünya futbolu2024-04-12 18:42

Xavi qərarını dəyişə bilər

blank
Digər idman növləri2024-04-12 18:21

Azərbaycan cüdoçuları üçün Berlin sınağı

blank
Milli komanda2024-04-12 18:00

Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı

blank
Digər idman növləri2024-04-12 17:40

Formula 1 pilotundan Şanxaya özəl dəbilqə

blank
Dünya futbolu2024-04-12 17:20

Avropa çempionatında VAR-ın müdaxiləsi minimuma endiriləcək

blank
Digər idman növləri2024-04-12 17:00

Formula 1 üzrə Azərbaycan qran-prisi bir həftə sonraya keçirildi

blank
Digər idman növləri2024-04-12 16:33

Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər

blank
Dünya futbolu2024-04-12 16:00

Premyer Liqada martın ən yaxşıları bəlli oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm