Ölkə futbolu
“Qarabağ” 14-də başlayacaq
“Qarabağ” Çempionlar Liqasının hazırlığına əvvəldən nəzərdə tutulduğu kimi iyulun 11-də deyil, 14-də başlamağı planlaşdırır. Komanda üzvləri koronavirus testindən keçəcəkləri üçün toplanışın vaxtında dəyişiklik olub.
Hazırlıq prosesinə “Zirə” ilə müqaviləsi başa çatan Emil Balayev də qoşulacaq. Azərbaycan millisinin qapıçısı ilə bütün məsələlərdə razılıq əldə olunub və yalnız münasibətlərin rəsmiləşməsi qalıb. Rəsmi müqavilə yaxın günlərdə imzalanacaq.
Qeyd edək ki, mövsümün sonunda Maqaye Qeye, Ailton Silva, Faysal Rerras, Vaqner Silva, Nicat Süleymanov və Nicat Mehbalıyevlə yollarını ayıran “Qarabağ”da kapitan Rəşad Sadıqov karyerasını başa vurub. Ağdamlılar hələlik Portuqaliyanın “Şaveş” klubundan kolumbiyalı müdafiəçi Kevin Medinanı, sabiq futbolçusu, ötən mövsümü “Neftçi”də keçirmiş haitili cinah oyunçusu Donald Geryeni və “Sumqayıt”da icarə müddəti başa çatan Elvin Cəfərquliyevi heyətinə qatıb.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi