Ölkə futbolu
“Qarabağ” Avropa arenasında daha yaxşısına layiqdir”
“Qarabağ”ın sabiq futbolçusu Artim Şakiri komandanın bu mövsüm Avropa Liqasındakı uğurlu çıxışını dəyərləndirib.
Şimali makedoniyalı sabiq yarımmüdafiəçi futbolinfo.az saytına açıqlmasında Azərbaycan çempionunun 1/8 finala yüksəlməsinin təəccüblü olmadığını bildirib: “Qarabağ” uzun illərdir avrokuboklarda çıxış edir, böyük təcrübə toplayıb. Bu da komandanın ildən-ilə inkişaf etməsinə, daha da irəliləməsinə imkan yaradır. Bu mövsüm 1/8 finala qədər yüksəlmələri də təsadüf deyil. Qurban Qurbanovun komandası Avropa arenasında daha yaxşısına layiqdir”.
Hazırda məşqçi kimi fəaliyyət göstərən mütəxəssis pley-off mərhələsində “Braqa” ilə keçirilən oyunları (4:2, 2:3) izlədiyini sözlərinə əlavə edib: “Qarabağ”ın “Braqa”nı keçməsi heç kimə qəribə gəlməməlidir. Bu komanda elə səviyyəyə çatıb ki, istənilən rəqibi məğlub etməsini normal qarşılayaram. Mən “Braqa”nı mental baxımdan hətta “Bayer”dən də çətin komanda hesab edirdim. Ancaq “Qarabağ” bütün rəqiblərin ona hörmətlə yanaşmağa məcbur olduğunu bir daha göstərdi”.
Şakiri ağdamlıların 1/8 finalda “Bayer” önündə şanslarına da toxunub: “Əslində, “Qarabağ”ın bu mərhələdə “Bayer”lə düşməsini istəməzdim. Çünki Almaniya klubu ən yaxşı dönəmini yaşayır. Buna baxmayaraq, “Qarabağ”dan hər şey gözləmək olar. Qrupla pley-off oyunları fərqli olur. Şəxsən mən “Bayer”in bu dəfə daha çox çətinliklə üzləşəcəyini düşünürəm. Ümid edirəm ki, “Qarabağ” yenə bütün Avropanı təəccübləndirər”.
Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında ilk oyun martın 7-də Bakıda, cavab görüşü bir həftə sonra Leverkuzendə keçiriləcək. Artim Şakiri 2008-09 mövsümündə Azərbaycan klubunda çıxış edib.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı