Ölkə futbolu
“Qarabağ” Bakıya qayıtmayacaq
“Qarabağ” Antalya toplanışından Bakıya qayıtmayacaq. Ağdamlılar əlavə yol yorğunluğundan qaçmaq üçün fərqli marşrut seçib.
Futbolinfo.az xəbər verir ki, hazırlıq müddətini gələn həftənin əvvəlinədək uzadan çempion, Türkiyədən birbaşa Gəncəyə uçacaq. Yanvarın 24-də Nizami Yurduna çatacaq ağdamlılar, oradan birbaşa Tovuza yollanacaq. Premyer Liqanın 3-cü dövrəsinin ilk turunda “Turan Tovuz”un qonağı olacaq “Qarabağ”, Bakıya dönüb ardınca Qərb bölgəsinə yollanmağı uyğun bilməyib.
Xatırladaq ki, ayın 25-də “Turan Tovuz” – “Qarabağ” matçı baş tutacaq. Bu qarşılaşmadan sonra paytaxta dönəcək ağdamlılar, “Şamaxı”yla ev matçına hazırlaşacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…