Ölkə futbolu
“Qarabağ” bu göstəricidə ikincidir – ÇL-də
Futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, dünən İsveçrə “Sürix”ini 3:2 hesabıyla məğlub edən “Qarabağ” turnirdə ən çox qol vuran komandalar arasında ikinci sıradadır. 3 oyuna 8 qol vuran “atlılar” yalnız İslandiya “Vikinqur”undan geridə qalır. Skandinavlar 12 qolla bu göstəricidə liderdir.
“Qarabağ” eyni zamanda ən çox hücuma çıxan komandalardan biridir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 40 hücumla 3-cü sırada qarşılaşıb. İlk sırada Bolqarıstan “Ludoqorets”i (52), ikincidə isə İsveç “Malmö”sü (45) yer alıb.
Azərbaycan çempionu küncdən zərbələrin sayında liderdir. “Atlılar” 3 oyunda 25 dəfə kornerdən istifadə edib. Komanda ən çox cərimə edənlər arasında birincidir. “Qarabağ”lılar 3 matçda 42 dəfə sərt oynayıb.
“Qarabağ”ın yarımmüdafiəçi Kadi Borges bombardirlər siyahısında ikincidir. 3 qolu olan braziliyalı futbolçu “Bodo Qlimt”in hücumçusu Bonifeysdən geri qalır (4 qol).
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…