Ölkə futbolu
“Qarabağ” futbolçularından nəcib addım: koronavirusla mübarizə üçün 50 min köçürdülər
“Qarabağ” futbol klubu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin koronavirus pandemiyası əleyhinə mübarizə çağırışına qoşulub. Gün başlarkən klubun himayədarı olan “Azərsun Holdinq” Şirkətlər Qrupu ilk addımı atmışdı, davamını əsas komanda üzvləri gətirib.
Futbolinfo.az xəbər verir ki, ölkə başçısının fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Qarabağ” futbolçuları 50 min manat köçürüb. Oyunçular şəxsi təşəbbüsləri ilə öz aralarında bu vəsaiti topayaraq, nəcib işə qol qoyublar. Onlar maaşlarından müəyyən miqdar ayırmağı lazım bilib. (koronavirusinfo.az)
Xatırladaq ki, “Azərsun Holdinq” Şirkətlər Qrupu da fonda 2 milyon manat məbləğində dəstək vermişdi.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı