Bizi izləyin

Ölkə futbolu

“Qarabağ” geri çəkilməməlidir!

blank
blank

Son 15 ildə Azərbaycan futbolunun tarixini yazan “Qarabağ” bu müddət ərzində bir neçə ən əhəmiyyətli oyuna çıxıb. Məsələn, ilk olaraq bu səyahət 2009/10 mövsümündə “Rusenborq”la oyunlardan başladı. “Qarabağ” Tronheymdən qolsuz bərabərliklə qayıtdıqdan sonra evdə 1:0 hesablı qələbə ilə avrokubokların qapısını döyəclədi.

Daha sonra tarixi əhəmiyyətli oyun “Tvente”yə qarşı oldu. 2014/15 mövsümündə təmsilçimiz Niderlandda 1:1 hesablı nəticə ilə tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə düşdü.

Daha sonra Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə tarixi iki oyun, qrup mərhələsində “Atletiko”dan qoparılan iki xal, Konfrans Liqasında Marsel “Olimpik”i ilə oyunlara hazırlıq və son olaraq Bakıda “Hakken”i məğlub edərək tarixində ilk dəfə Avropa Liqasının pley-offuna yüksəlmək.

Doğrudur, arada kritik əhəmiyyətli, amma ümidlərin puç olduğu görüşlər də olub. Hərəsinin özünə görə xatirəsi var. Amma bu dəfə “Braqa” ilə cavab görüşünə hazırlıq tamam fərqli atmosferdən xəbər verir. “Qarabağ” Azərbaycan futbolunda bir ilki reallaşdırmağa yaxındır. Ötən həftə Portuqaliyada ÇL-dən gələn komandaya 4 qol vuran “köhlən atlar” bu dəfə şahə qalxmağa hazırlaşır.

Ötən həftə oyundan öncə “Braqa”nı çılpaqlığına qədər təhlil etmişdik. Rəqibin problemlərini necə qabartmışdıqsa, oyun haqlı olduğumuzu göstərdi. Bir həftəyə “Braqa” taktiki planda inqilaba nail ola bilməz. Oyundan əvvəl də qeyd etmişdik ki, Artur Jorjenin komandası enişdədir. Yəni biz Berlində “Union”dan iki top buraxıb sonda qalib gələn komandanı görmürük. Həmin komanda indi oynasa, Bakıda bu hesabı əritməyə qadir olardı. Bəlkə də bunu bacaracaqlar. Amma belə oyuna görə eyni iddia ilə çıxış etmək olmaz.

Sadəcə, indiki “Braqa”nı “soyuq duş” ayılda bilər. Futbolda həmişə bundan ehtiyat etmək lazımdır. Bəzən böhranda olan komandanı elə məğlubiyyət silkələyir ki, komanda taktiki planda dəyişiklik etmədən yenidən relsə düşür. Ona görə də Bakıda bu məqamın əleyhimizə işləyəcəyini düşünmək olar.

Bəs, “Qarabağ” onların qarşısını necə almalıdır? Bu sual ətrafında bir qədər düşünmək qərarına gəldik.

Əvvəla, onu qeyd edək ki, “Qarabağ” ilk oyunda istifadə etdiyi taktikaya sadiq qalmalıdır. Rəqibin hücumlarını meydanın mərkəzində qarşılamaq lazımdır. Bütün oyunçuları hesabı qorumaq üçün geriyə çəkmək tarixi səhv olardı. Çünki Ağdam klubu bunu bacarmır. Dəfələrlə bunun acısını çəkmişik. Son bir il ərzində “Qarabağ” iki dəfə bunun güdazına gedib.

Bunun birincisi, Bakıda “Gent”i 1:0 hesabı ilə məğlub etdiyimiz oyundan sonra səfərdə başımıza gəldi. Xüsusən də ikinci hissədə Qurbanovun komandası mərkəzii tamamilə əldən verdi. Nəticədə “qan iyi” hiss edən “Gent” təzyiqi artıraraq fərqlənməyi bacardı. Sonrası da məlumdur – penaltilər seriyasında məğlub olduq.

İkincisi də səfərdə “Molde” ilə matçda başımıza gəldi. “Qarabağ” Norveçdə hesabı açdıqdan sonra yenidən arxaya çəkilmək qərarına gəldi və bu da qapımıza iki qolun vurulmasına gətirib çıxartdı. Nə yaxşı ki, matçın sonunda Bəhlul Mustafazadə dadımıza çatdı.

Yəni, eyni səhvi təkrarlamağa haqqımız yoxdur. Doğrudur, burada rəqibin səni təzyiq altında saxlaması da böyük rol oynayır. Amma hücumları öndə qarşılamağı bacarsan, top qapının ətrafında fırlanmayacaq.

Bakıdakı oyunda istədiyimiz nəticəni əldə etmək üçün rəqibə erkən qol vurmağa imkan verməməliyik. İlk 15-20 dəqiqədə portuqaliyalılar fərqlənsə, şanslar bərabərləşəcək. Çünki belədə “Braqa”ya oyunu ən azı əlavə vaxta daşımaq üçün cəmi 1 qol lazım olacaq. “Union Berlin”lə oyunda bunu bir hissəyə 3 qol vuran komanda üçün bunu etmək nədir ki?

“Braqa”nı zərərsizləşdirməyin yollarından biri də cinahları aktivləşdirməkdir. İlk matçda rəqibin bu mənada axsadığını gördük. Elvin Cəfərquliyev bu mənada onların əsəbləri ilə xeyli oynadı. Nəzərə alaq ki, cavab görüşündə Marko Veşoviç də sıraya dönəcək. Etiraf edək ki, Mateus Silva bu mənada işlərinə yaradı. Bəli, ilk matçda ümumiyyətlə, “Qarabağ”ın sag cinahı işləmədi. Nə Mateus kəskin reydlər edə bilirdi, nə də ondan irəlidə olan Leandro Andrade işinin öhdəsindən gəlirdi. Veşoviçin döyüşə atılması ilə Leandro da özündə güc hiss edə bilər.

Bəs, “Braqa” bizi nə ilə təəcübləndirəcək? Təbii ki, Artur Jorjenin hansı heyətlə mübarizə aparacağını matçın startı ərəfəsinə qədər bilməyəcəyik. Amma Portuqaliyanın “A Bola” nəşrinin məlumatına görə, Bakıda komandanın qvineya-bisaulu hücumçusu Rojer Fernandeş start heyətində meydana çıxa bilər. Bir qədər arxadan oynayacaq bu futbolçu hücuma atılacaq Abel Ruis, Simon Banza və Alvaro Caloya yardım etməyə çalışacaq ki, bu “Braqa”nın hücum kəsərini artıra bilər.

Xatırladaq ki, ilk oyunda Rojer ikinci hissədə meydana çıxmış və matçın sonlarında komandasına penalti qazandırmışdı. Yeri gəlmişkən, Portuqaliya mətbuatı cavab oyununda komandanın aparıcı fiqurlarından olan Rikardu Ortanın da meydana çıxa biləcəyini istisna etmir. Zədə səbəbindən ilk matçda kənarda qalan bu futbolçu Bakıya gələcək. Onu matça hazırlaya biləsələr, “Qarabağ” müəyyən problemlər yaşayacaq. Çünki Orta uzaqdan dəqiq və qarşısıalınmaz zərbələri yerinə yetirməkdə mahirdir. Andrey Lunyovun “Sabah”la ardıcıl 2 oyunda uzaqdan buraxdığı zərbələri yada salsaq, başımız ağrıya bilər.

Bəli, biz hər nə qədər komandaların taktiki gedişlərini çək-çevir etsək də, “evdəki hesab bazarla uyğun gəlməyəcək”. Çünki xırda detal bütün planları alt-üst edə bilər. İndiki məqamda bizə gözləmək və “Qarabağ”a uğur arzulamaq qalır. Ümid edirik ki, fevralın 22-də Azərbaycan futbolunda növbəti dəfə tarix yazılacaq!

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-16 11:40

Zidan Riberi ilə birlikdə qayıdır

blank
Digər idman növləri2024-04-16 11:25

MBA-da rekord nəticə

blank
Digər idman növləri2024-04-16 11:10

ABŞ millisinin heyəti elan edildi

blank
Dünya futbolu2024-04-16 10:55

Ronaldo cəzalanacaq

blank
Digər idman növləri2024-04-16 10:38

İddiaçılar Turniri: Abasov yenə uduzdu

blank
Dünya futbolu2024-04-16 10:19

Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşir

blank
Digər2024-04-16 10:00

MİSLİ ilə qazan!

blank
I Liqa2024-04-16 09:45

“Mingəçevir” növbəti oyuna hazırlaşır – VİDEO

blank
Digər idman növləri2024-04-16 09:27

“Göyçay kuboku”nu sumqayıtlılar qazandı

blank
Ölkə futbolu2024-04-16 09:10

Lunyov “Qarabağ”dan ayrıla bilər

blank
Digər idman növləri2024-04-16 08:51

Atası Mariyanın yığmamızda çıxış etməsini istəyirmiş

blank
Ölkə futbolu2024-04-16 08:34

“Zirə” – Avropada 8-ci komanda

blank
Dünya futbolu2024-04-16 08:17

Hüseynovlu “Arda” “Ludoqorets”lə bacarmadı

blank
Müsahibə2024-04-16 08:00

Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”

blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Ölkə futbolu2024-04-15 20:58

“Sabah”ın “Qarabağ” üzərində qələbəsi Xorvatiya mediasının gündəmində

blank
Dünya futbolu2024-04-15 20:00

Asensio yenidən Madriddə?

blank
Ölkə futbolu2024-04-15 19:32

Liderdən darmadağın

blank
Digər idman növləri2024-04-15 19:16

Qəzaya uğradı, səhvən başqasının motosiklinə mindi

blank
Digər idman növləri2024-04-15 19:01

Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Ölkə futbolu2024-04-15 18:47

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 18:32

“Arsenal”ın braziliyalıları Turinə köçə bilər

blank
Digər idman növləri2024-04-15 18:18

Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar

blank
Digər idman növləri2024-04-15 18:04

Fransa prezidentinin B və C planı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm