Ölkə futbolu
“Qarabağ” hörmət etdiyimiz rəqibdir” – Jorje
“Qarabağ” hörmət etdiyimiz rəqibdir. Onları tanıyırıq və öyrənirik. Çox bacarıqlı komandadır. Hər il Avropa yarışlarında iştirak edirlər və öz ölkə çempionatlarında tam üstünlük təşkil edirlər. Qalib gəlməli və 2-ci oyun öncəsi vacib üstünlüyə nail olmalıyıq.
Futbolinfo.az xəbər verir ki, bu sözləri “Braqa”nın baş məşqçii Artur Jorje Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, onları rahat matç gözləmir: “Bu cür yarışlara öyrəşmiş və 1/8 finala yüksəlmək istəyən komanda ilə qarşılaşacağıq. Onlar bütün diqqətlərini bu oyuna cəmləyiblər, çünki daxili çempionatı rahatlıqla idarə edə bilirlər, ard-arda yeddi-səkkiz çempionluqları var. Bizim tərəfimizdən asan olacağını düşünmək və özümüzə güvənmək edəcəyimiz ilk səhvdir. Futbolçularımın nəyə qadir olduğunu bilirəm”.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı