Ölkə futbolu
“Qarabağ” kimi komandanı necə qurublar, çox maraqlıdır”
“Sabah”ın sabiq baş məşqçisi, hazırda “Krasnodar”ı çalışdıran Murad Musayev Azərbaycan çempionatı haqda danışıb.
Futbolinfo.az xəbər verir ki, o, “Komment.Şou” “Yutub” kanalına müsahibəsində “Qarabağ”ı xüsusi fərqləndirib:
“Azərbaycan çempionatında maraqlı olan nədir? Orada “Qarabağ” oynayır. Düşünürəm ki, hamı ona baxmalıdır. O, minimal imkanlarla güclü Avropa futbolundakı ciddi hadisədir. Məsələn, “Qarabağ” “Braqa”nı məğlub etdi. İkinci matçda 10 futbolçu ilə qalmalarına və əlavə vaxta baxmayaraq, demək olar ki, üç hissədə Portuqaliya Liqa Kubokunu qazanan “Braqa”dan üstün oldular. Və belə bir komanda qurmağı necə bacardılar, çox maraqlıdır.
Böyük sovet ənənələri olan “Neftçi” klubu var. Bir sıra maraqlı komandaları qeyd edə bilərəm. “Sabah da çox maraqlı komandadır”.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə