Ölkə futbolu
“Qarabağ” legionerinə icazə verdi: Özünə klub axtarır
“Qarabağ”ın legioneri Qaspar Panadero İspaniyaya yollanıb.
Futbolinfo.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi vətənində özünə yeni komanda tapmağa çalışacaq.
“Qarabağ” 25 yaşlı futbolçuya onunla maraqlanan klublarla danışıq aparmaq icazəsi verib. Panadero ilk olaraq Sequnda təmsilçisi “Luqo” ilə mümkün transferini müzakirə edəcək. O, aşağı liqanın digər kubları ilə də danışıqlar apara bilər.
Panadero “Qarabağ”a 2021-ci ilin avqustunda İspaniyanın “Kadis” klubundan transfer olunub. Onun Ağdam klubu ilə 2024-cü ilin yayınadək müqaviləsi var.
- Ölkə futbolu2024-05-22 10:32
“Səbail”ə sponsor zərbəsi: büdcə azaldıldı
- Ölkə futbolu2024-05-21 09:45
“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq
- Ölkə futbolu2024-05-21 16:00
“Qarabağ”ın ÇL-in yeni mövsümünə 2-ci mərhələdən başlaması ehtimalı böyükdür” – Asif Əsgərov
- I Liqa2024-05-22 18:22
“Şamaxı” I Liqanın qalibi oldu