Ölkə kuboku
“Qarabağ” MOİK-ə, “Neftçi” “Qaradağ Lökbatan”a qarşı
Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, son gündə daha 2 görüş baş tutacaq.
Günün ilk matçı Xankəndi şəhərində keçiriləcək. Burada son çempion “Qarabağ” MOİK-lə üz-üzə gələcək. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olacaq. Bunadək son dəfə işğal altında olmuş ərazidə oyun 1993-cü ilin may ayında Azərbaycan çempionatında “Qarabağ”la “Turan” (Tovuz) arasında olub. Ağdamın “İmarət” stadionunda keçirilmiş həmin matçda “Qarabağ” 2:1 hesabı ilə qələbə qazanıb. Bu oyundan 2 ay sonra Ağdam işğal edilib. Bu səbəbdən “Qarabağ” rəqiblərini müxtəlif illərdə Mingəçevir, Sumqayıt və Bakıda qəbul edib.
2009 və 2010-cu illərdə isə “Qarabağ” Azərbaycan çempionatı və kubokunda bir neçə ev oyununu Ağdamın işğala məruz qalmayan Quzanlı qəsəbəsində də keçirib.
Mərhələnin sonuncu oyununda isə “Neftçi” “Qaradağ Lökbatan”la üz-üzə gələcək.
Azərbaycan kuboku
1/8 final
21 dekabr
14:00. “Qarabağ” – MOİK
Xankəndi. Şəhər stadionu.
18:00. “Neftçi” – “Qaradağ Lökbatan”
Bakı. “Neftçi Arena”.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…